“ESR İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsası 11 fevral 2005-ci ildə qoyulmuşdur. Cəmiyyət Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin verdiyi Lisenziya əsasında layihə-smeta sənədlərinin hazırlanması və tikinti işləri ilə məşğul olur. “ESR İnşaat”  MMC-nin təsisçisi Tağıyev Emil Həsən oğludur.

“ESR İnşaat” MMC öz fəaliyyəti dövründə bir neçə tenderin qalibi olmuşdur. Şirkətin hüquqi ünvanı və yerləşdiyi ünvan Baki şəhəri, Nərimanov rayonu, M. Araz küçəsi 71 A (əvvəlki T.Əliyev küçəsi) 14 mərtəbəlİ binanın 5-cİ mərtəbəsi. Geniş maddi-texniki baza və memar-mühəndis kadrlarına malik olan “ESR İnşaat” MMC layihələrin hazırlanması, smetaların tərtib olunması, yaşayış evlərinin, sənaye obyektlərinin, ictimai binaların, xarici kommunikasiya xətlərinin və s. tikintisi və təmiri ilə məşğuldur.

“ESR İnşaat” MMC Türkiyyənin İstanbul şəhərində yerləşən “CEM” memarlıq və müşavirlik LTD.STİ şirkəti ilə əməkdaşlıq əsasında yüksək səviyyəli layihələrin hazırlanmasını birgə həyata keçirir. “Azərbaycan Dövlət Pedaqoji Universiteti”nin 14 mərtəbəli tədris binasının fasadlarının yenidən qurulması işi, Bərdə şəhərində “Koroğlu” küçəsində mədəniyyət - istirahət parkının tikintisi, Bərdə şəhərində küçə və döngələrin asfalt örtüyünün əsaslı tikintisi, Fövqəladə Hallar Nazirliyinin qurumları ilə müqavilə bağlamaqla aparılan tikinti işləri və s. “ESR İnşaat” MMC tərəfindən aparılmış və aparılmaqdadır. Qaradağ rayonu, Sahil qəsəbəsi, “Yeni Şəhər” kompleksinin layihəsi, Göyçay şəhərində şadlıq sarayının layihəsi, “Həsən-96” MTK-nın yaşayış binalarının layihəsi, “Günəş Holdinq” MMC-yə məxsus 12 mərtəbəli yaşayış-ofis binası layihəsi, “İlkan” MMC-yə məxsus istirahət zonasının layihəsi, Quba və Şəki şəhərlərində mehmanxana kompleksinin layihəsi, Zabrat qəsəbəsində koteclərdən ibarət qəsəbənin layihəsi “ESR İnşaat” MMC tərəfindən həyata keçirilmişdir. Bundan başqa fiziki, hüquqi şəxslər və dövlət təşkilatları üçün bir çox layihə və tikinti işləri yerinə yetirilmişdir.

"ESR İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyət növü üzrə verilmiş 20.06.2016-cıil tarixli 089869 saylı xüsusi razılıq (lisenziya) əsasında aşağıdakı fəaliyyət növlərini həyata keçirir:
1.3. Ərazilərin şaquli planlaşdırılması və abadlaşdırılmasının layihələndirilməsi;
2.1. Bina və qurğuların memarlıq layihələndirilməsi;
3. İnşaat konstruksiyalarının layihələndirilməsi;
6.3. Elektrik təchizatı sistemləri layihələndirilməsi;
6.4. İstilik təchizatı sistemləri layihələndirilməsi;
6.5. Su təchizatı və kanalizasiya sistemləri layihələndirilməsi;
6.6. Qaz təchizatı sistemləri layihələndirilməsi;
6.7. Rabitə, radio və televiziya şəbəkələri və sistemləri layihələndirilməsi;
6.8. Ventilyasiya və kondisionerləşdirmə sistemləri layihələndirilməsi;
6.10. Avtomatlaşdırma və nəzarət-ölçü cihazları layihələndirilməsi;
6.11.Yanğın-mühafizə  siqnalizasiya və avtomatlaşdırılmış sistemləri yanğınsöndürmə sistemləri layihələndirilməsi;
7.1. Korroziyaya qarşı mühafizə tədbirlərinin layihələndirilməsi;
7.2. Tikintinin təşkilinin layihələndirilməsi;
7.3. Smetaların tərtib edilməsi layihələndirilməsi;
9. Baş layihəçi funksiyasının həyata keçirilməsi layihələndirilməsi;

 


 

joomlatemplates